Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
investisiya portfelinin dəyəri 70,160 milyard ABŞ dolları təşkil
edib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,969
milyard ABŞ dolları və ya 14,7% çoxdur.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 67,8%-i və ya
47,589 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə
nisbətən 0,8 faiz bəndi çoxdur.




Eyni zamanda Fondun investisiya portfelində avronun payı bir il
əvvəlki göstərici ilə müqayisədə 20,3%-dən 20%-ə və ya 11,988
milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% və
ya 2,555 milyard funt sterlinq təşkil edib ki, bu da illik
müqayisədə 0,2 faiz bəndi azdır.

Həmçinin bu ilin ilk 9 ayında ARDNF-nin investisiya portfelində
Çin yuanınln payı 0,3 faiz bəndi azalaraq 2,3% (11,380 milyard),
Yapon yeninin payı dəyişməyərək 1,4% (140,352 milyon), digər xarici
valyutaların payı da dəyişməyərək 3,6% (2,534 milyard dollar
ekvivalentində) təşkil edib.