
Bakı. Trend:
Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol
hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması,
sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin
aradan qaldırılması Nazirliyin əsas prioritet
istiqamətlərindəndir.
DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, baş verən qəzalarda
sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti
azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan
həyatına ciddi təhlükə yaradır:
“Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən
edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan
təhlükəsizlik kəməridir.
Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz
taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət
nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər
ağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün,
təhlükəsiz get” demək üçündür”.

