Bakıda təndirxanada yanğın olub

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan dəmir
konstruksiyalardan ibarət təndirxananın dam örtüyünün taxta
atmaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes”
markalı yük avtomobilinin ön işığı və yan güzgüsü əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan
hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.