ABŞ nümayəndəsi Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı çağırış edib

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin BMT­­-dəki daimi nümayəndəsi Mayk Uolts, Suriyaya qarşı
tətbiq edilən sanksiyaların daha da yumşaldılmasının vacib olduğunu
bildirib və BMT Təhlükəsizlik Şurasına çağırış edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Uolts çıxışında deyib ki, ABŞ Prezidenti Donald Tramp-ın
mesajları bu istiqamətdə fürsətlər yarada bilər və buna
əsaslanaraq, bəzi sanksiyaların aradan qaldırılması da daxil
olmaqla yumşaltma tədbirləri mümkündür.




ABŞ-nin daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurası üzvlərini
aşağıdakıları etməyə çağırıb:

1267 saylı qərar çərçivəsində sanksiyalara məruz qalan bəzi
suriyalı liderlərə yönəlmiş tədbirlərin aradan qaldırılması da
daxil olmaqla, Suriyaya qarşı sanksiyaların yumşaldılması səylərinə
dəstək göstərilməsi.

Suriyanın qonşu ölkələri — Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə,
İordaniya və s. — tərəfindən bu ölkənin institutları və
iqtisadiyyatı üçün göstərilən dəstək təşəbbüslərinə müsbət
yanaşılması.