
“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.
Metbuat.az xəbər verir ki, bu, Yamalın “Barselona” – “Olimpiakos” oyununa start heyətdə çıxması ilə mümkün olub. İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.
Qeyd edilir ki, Yamal PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin (19 yaş və 32 gün) rekordunu təzələyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


