Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb (FOTO)

Baş səhifə

Astana.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan
Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.

Trend xəbər
verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan
Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev yola saldı.