ANAMA əməkdaşı Xocavənddə minaya düşdü

Baş səhifə

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.