
Bakı. Trend:
Cari ilin yanvar sentyabr aylarında Azərbaycandan Tunisə 102,3
milyon dollar dəyərində 187 min ton bitum süxurlardan əldə olunmuş
xam neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4 milyon dollar
və ya 51,9 faiz, həcm ifadəsində isə 194,6 min ton və ya 51 faiz
azdır.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Tunisə 243,1
milyon ABŞ dolları məbləğində 381,6 min ton neft və neft məhsulları
ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996
milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft
məhsulları ixrac edilib.
Məlumatlara əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları, yəni 18,8
faiz, həcmi baxımından isə 613 min ton, yəni 3,5 faiz az olub.

