Ərdoğan: ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik

Baş səhifə
Ərdoğan: ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni seçilmiş prezidenti Tufan Erhürmanı təbrik edib.

“Report” xəbər verir ki, oƏrdoğan bu barədə “X” hesabında paylaşım edib.

“ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-nin demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağını ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, – o bildirib.