
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Metbuat.az xəbər verir ki, səslərin 48,19 faizi hesablanıb.
Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman yığıb.
T.Erhüman səslərin 63,38 faizini toplayıb.
Hazırkı Prezident Ersin Tatar isə 35,27 faiz səs yığıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

