Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub

Baş səhifə
Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub

Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub.

“Report” xəbər verir ki, B qrupunda “Sumqayıt” “Quba” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan görüş qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Naxçıvan” “Lənkəran”ı (91:82), “Ordu” “Sərhədçi”ni (85:73), “Sabah” isə “Şəki”ni (85:66) üstələyib.