Bakı. Trend:
Hazırda Azərbaycanla sərhəddə və İranın şimal-qərbində yerləşən
Ərdəbil vilayətində neft və qaz kəşfi üzrə əməliyyatlar
aparılmaqdadır.
Trend-in
məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin kəşflər üzrə
idarəsinin müdiri Mohyeddin Cəfəri yerli mediaya açıqlamasında
deyib.
Onun sözlərinə görə, kəşflər üzrə ikiölçülü və üçölçülü (2D və
3D) əməliyyatları həyata keçirilir.
Cəfəri deyib ki, Azərbaycanda neft hasilatı və neft
rezervuarlarının mövcud olduğunu nəzərə alaraq Ərdəbil vilayətində
yeni yataqların kəşf olunacağına ümidləri artırır.
Şirkət rəsmisi qeyd edib ki, hazırda ölkənin 26 vilayətində, o
cümlədən Xuzistan, Fars, Ərdəbil, Şimali Xorasan, Cənubi Xorasan,
Rəzəvi Xorasan, Kirmanşah, İlam və Buşehr vilayətlərində kəşf
əməliyyatları aparılmaqdadır.
Qeyd edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon
bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340
milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə
bilər və 70% yer altında istifadəsiz qalır.

