
Bakı.Trend:
Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika
əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq
dərəcədə artırır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu
səfərə hazırlaşan sürücülərə müraciətində deyilir.
Bildirilib ki, nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri
tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi,
diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat
hadisələri qeydə alınır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə səfərə
hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat
vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda
sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə
zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava
şəraitini nəzərdən qaçırmamağa çağırır.

