
Bakı.Trend:
Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində
axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Qeyd edilib ki, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt
müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 35 nəfər
saxlanılıb.


