
Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi İrine İmerlişvili vəzifəsini öz ərizəsi əsasında vaxtından əvvəl tərk edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Konstitusiya Məhkəməsi yayıb.
Bildirilib ki, İmerlişvilinin hakim səlahiyyətlərinə 20 oktyabr 2025-ci il tarixindən etibarən xitam veriləcək.
“Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi İrine İmerlişvilinin səlahiyyətlərinə öz ərizəsi əsasında vaxtından əvvəl xitam verilib”, – deyə məhkəmənin rəsmi bəyanatında qeyd olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


