Bakı.Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov
küçəsində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Trend xəbər
verir ki, hadisə oktyabrın 2-də baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi
“Mercedes 208D” markalı avtomobillə 1949-cu il təvəllüdlü Şirvan
Ağayevi vurub.
Hadisə nəticəsində piyada Ş.Ağayev oktyabrın 16-da müalicə
aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə
cinayət işi başlanıb.

