Bu il dəniz nəqliyyatı ilə daşınan yükün həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı
vasitəsilə 1,736 milyard ABŞ dolları dəyərində 1,697 milyon ton yük
daşınıb.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 131 milyon ABŞ dolları, yəni 7 faiz az,
həcm ifadəsində isə 433 min ton, yəni 20 faiz azdır.




Hesabat dövrü ərzində qeyd olunan nəqliyyatla Azərbaycandan 104
milyon ABŞ dolları dəyərində 164,2 min ton yük ixrac olunub ki, bu
da illik müqayisədə dəyər ifadəsində 24,1 milyon ABŞ dolları, yəni
30% çox, həcm baxımından isə 99,1 min ton, yəni 2,5 dəfə
çoxdur.

Eyni zamanda, hesabat dövründə Azərbaycana dəniz nəqliyyatı
vasitəsilə 1,632 milyard ABŞ dolları dəyərində 1,533 milyon ton yük
idxal olunub. Bu, 2024-cü ilin ilk doqquz ayı ilə müqayisədə dəyər
ifadəsində 154 milyon ABŞ dolları, yəni 8,6% az, həcm baxımında isə
533 min ton, yəni 25,8% azdır.