Levandovski “Barselona”dan gedir

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın futbolçusu Robert Levandovski klubdan ayrılmağa
yaxındır.

Trend bu barədə İspaniya KİV-ə istinadən xəbər verir.

Kataloniya təmsilçisi mövsümün sonunda azad agent olacaq polşalı
hücumçu ilə müqaviləni yeniləməmək qərarına gəlib .




“Fənərbaxça” 37 yaşlı polşalı forvard üçün sərfəli şərtlərlə
müqavilə təklif etməyə hazırlaşır. Səudiyyə Ərəbistanı klubları da
Levandovski ilə maraqlanırlar. Lakin futbolçunun özü hazırda
karyerasını həmin ölkədə davam etdirməyə hazır deyil.

Levandovski 2025/2026 mövsümündə bütün turnirlərdə klubun
heyətində 9 oyuna çıxıb, 4 qol vurub.