“YouTube” servislərinin işində fasilə yaranıb

Baş səhifə

Bakı. Trend:

“YouTube” servisinin fəaliyyətində fasilə yaranıb.

Trend-in məlumatına görə, bu barədə “Downdetector” portalında
məlumat verilib.




Bildirilib ki, 342 mindən çox insan YouTube, YouTube Music və
YouTube TV-yə daxil olmaq problemindən şikayətlənib.

İstifadəçilərin 55 faizi videonun oxudulmasında problem
olduğunu, 33 faizi tətbiqdə nasazlıq olduğunu, 12 faizi isə
servislərin internet saytında problem olduğunu qeyd edib.