Bu ölkədə 6 milyonadək insan mütləq yoxsulluq şəraitində yaşayır

Baş səhifə

Bakı. Trend:

İtaliyada 2,2 milyon ailə və ya 5,7 milyon insan mütləq
yoxsulluq şəraitində yaşayır. Bu da ümumi əhalinin 8,4 faizinə
bərabərdir.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, həmin insanlar qidadan tutmuş mənzilə, səhiyyəyə,
nəqliyyata və ya təhsilə qədər zəruri məhsul və xidmətləri belə
ödəyə bilmir. Mütləq yoxsulluq 1,8 milyondan çox əcnəbini əhatə
edir ki, bu da hər 3 nəfərdən birinə bərabərdir (35,6 faiz).

Son 5 il ərzində ölkədə yoxsulların sayının 1,1 milyon artdığı
bildirilib. Yoxsul ailələrin 44,5 faizi ölkənin şimalında, 39,8
faizi Cənubi İtaliyada, 15,7 faizi isə Mərkəzi İtaliyada
yaşayır.