
Bakı.Trend:
Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan
attraksionlardan birdəfəlik istifafə üçün bilet qiyməti dörd manat
təşkil edir.
Trend xəbər
verir ki, bu barədə Dənizkənarı Bulvar İsarəsindən məlumat
verilib.
Bildirilib ki, yeni attraksionlar – əvvəlki yerində fəaliyyətə
başlayır. Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər
tətbiq olunub.
Belə ki, kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu
terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək
mümkündür.
Qeyd edilib ki, boyu 120 sm-dən aşağı olan şəxslərin
attraksionlara minməyi qadağandır.

