Bakı. Trend:
Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabriki və
yaxınlıqdakı kimya anbarında baş vermiş güclü yanğın nəticəsində
azı 9 nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanğın mühafizə xidmətinin rəsmilərindən biri
Talha bin Caşim Mirpur rayonunda yerləşən müəssisələrin birinci və
ikinci mərtəbələrindən 9 cansız bədənin çıxarıldığını təsdiqləyib.
Onların dəm qazından boğulduğu ehtimal edilir.
Yanğının söndürülməsinə 12 yanğın-mühafizə briqadası cəlb
olunub. Yanğının səbəbi hələ ki, məlum deyil.

