Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin
müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil
edib.

Trend
xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr
ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi
göstəricilərində öz əksini tapıb.




Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3849,8 manat, qeyri
neft-qaz sektorunda 1042,6 manat təşkil edib:

“Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1063,6
manat, özəl müəssisələrdə isə 1123,8 manat olunub”.