Avropa Komissiyası bu həftə Avropa İttifaqının militarizasiyası ilə bağlı yol xəritəsini təqdim edəcək

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqının militarizasiyası ilə bağlı
proqramın yol xəritəsini oktyabrın 16-a kimi təsdiqləyərək,
ictimaiyyətə təqdim edəcək.

Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyu
Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.




“Avropa Komissiyası, gözlənildiyi kimi, cümə axşamı Avropa
İttifaqının hərbi hazırlığının artırılması ilə bağlı yol xəritəsini
təsdiq edəcək və elə həmin gün Avropa ali diplomatiyasının rəhbəri
Kaya Kallas və Avropa İttifaqının müdafiə üzrə ali komissarı Andrüs
Kubilyus mətbuat konfransında onu (yol xəritəsini-red) ictimaiyyətə
təqdim edəcəklər”,-deyə Pinyu bildirib.