“Barselona”ın hücumçusu sıradan çıxdı

Baş səhifə

İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş
verib.

Trend xəbər
verir ki, İspaniya çempionunun hücumçusu Robert Levandovski sıradan
çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Levandovski Polşa millisinin düşərgəsində zədələnib. 37 yaşlı
forvardın ayaq əzələsində yırtıq aşkarlaşıb. Onun yaşıl meydanlara
qayıdışı müalicə prosesindən asılı olacaq.




Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”nın
heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub. Təcrübəli
futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin yayında
başa çatır.