Xocalıya köçən sakin: Bundan gözəl gün ola bilməz

Baş səhifə

“Kəndimiz işğal olunanda erməni quldurları evimizi gözümüzün önündə yandırdı. Canımızı qurtarmaq üçün dağlarla, meşələrlə 35 kilometr yol qət edib Ağdamın Abdal kəndinə gəldik”.

APA xəbər verir ki, bunu Xocalının Təzəbinə kəndinə köçən keçmiş məcburi köçkün Gülbəstə Bədirxanova deyib.

O, yaşadıqları ağır günləri heç kimə arzulamadığını deyib: “Geniş ev-eşiyimizi qoyub yataqxanaya sığındıq. Şükür Allaha, indi doğma yurda dönürük. Bundan gözəl gün ola bilməz. Ağır günləri unuduruq. Bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət diləyirəm. Allah Prezidentimizə can sağlığı versin, qazilərimiz var olsun”.