Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında: “Bu, həqiqətən də inanılmazdır”

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp xüsusilə Azərbaycanla Ermənistan
arasında sülh prosesini qeyd edib.

Trend-in
məlumatına görə, bunu Donald Tramp Şarm əl-Şeyx Sülh Sammitində
Prezident İlham Əliyevə müraciətində deyib.

Tramp bildirib ki, Ermənistanla Azərbaycan arasında 30 ildən
artıq davam edən müharibə dayandırılıb. O, bu ilin avqustunda Oval
kabinetdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş
naziri Nikol Paşinyanla keçirilən görüşü xatırladaraq, hər iki
liderə təşəkkürünü ifadə edib.

“Biz görüşü bitirəndə – cəmi bir saat sonra – onlar
qucaqlaşdılar. İndi isə onlar dostdurlar və əla münasibətləri var.
Buna görə də hər ikinizə təşəkkür edirəm. Bu, həqiqətən
inanılmazdır”, – Tramp vurğulayıb.