Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olması və
mümkün sanksiyaların yüngülləşdirilməsi ilə bağlı nikbin olduğunu
bildirib.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

“Onlar ağır günlər keçiriblər, sözün əsl mənasında döyülüblər və
yaralanıblar. Onların köməyə ehtiyacı var. Onlar çox sərt, nəhəng
sanksiyalar altındadırlar. Tehran danışıqlara hazır olduqda, mən
onları qaldırmaqdan məmnun olaram”, – deyə Tramp Misir prezidenti
Əbdülfəttah əs-Sisi ilə görüşdən əvvəl deyib.

Amerika liderinin sözlərinə görə, İrana qarşı sanksiyaların
təzyiqi əhəmiyyətli olaraq qalır. “Onlar bu sanksiyalarla sağ qala
bilməyəcəklər. Çox sərtdirlər. Amma nə vaxtsa Tehran deyəcək: “Biz
sanksiyaların aradan qaldırılmasını istəyirik” və sonra sülh
tapacağıq. Düşünürəm ki, İran yaxşılaşacaq””.




Tramp administrasiyasının İranın nüvə proqramına təzyiqini
“həyatda bir dəfə” adlandırılan razılaşmanın əldə edilməsində əsas
amil kimi qiymətləndirib.

“Əgər biz nüvə məsələsində ciddi təzyiq göstərməsəydik, bu
inanılmaz, tarixi razılaşmaya nail ola bilməyəcəyimizi düşünmürəm.
İndi baş verənlər kimi bir şey əvvəllər baş verməyib”, – o
vurğulayıb.

Prezident geniş beynəlxalq dəstəyi də qeyd edib.

“Bütün ölkələr bir araya gəldi – hər cür ölkələr bir araya
gəldi, bəziləri dost, bəziləri yox, çoxu yox. Amma hamısı bir araya
gəldi. Yeri gəlmişkən, İran bu sazişi tam dəstəklədiyi barədə
bəyanat verdi. Bu, özlüyündə çox şey deməkdir”, – Tramp əlavə
edib.