Avropa ötən il ABŞ-dən rekord həddə silah idxal edib

Baş səhifə

Bakı. Trend:

Avropa ölkələrinin ABŞ silahlarını alış həcmi 2024-cü ildə
rekord həddə – 76 milyard dollara çatıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, son illərdə müdafiə xərclərinin artması Avropanın
ABŞ silahlarından asılılığını daha da gücləndirib.

Qeyd edilir ki, yalnız 2022-2024-cü illər arasında NATO-nun
Avropa İttifaqı üzvlərinin xərclərinin təxminən yarısı (50.7%)
ABŞ-dən tədarükün payına düşüb.