Mahmud Abbasla Netanyahunun Sülh Sammitində iştirakı gözlənilir

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas Qəzza sektorunda atəşkəs elan edilməsi münasibətilə təşkil olunan Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələcəklər.

Modern.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

“Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu Sülh Sammitində iştirak edəcəklər. Onların iştirakı Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı möhkəmləndirəcək”, – deyə Prezident ofisinin sosial şəbəkədə dərc edilmiş bəyanatda bildirilir.

Benyamin Netanyahu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı onu Sülh Sammitində iştirak edəcəyi barədə məlumatlandırıb.

İsrail mediası da öz növbəsində yazıb ki, Baş nazir ABŞ Prezidenti Donald Trampla birlikdə Şarm əl-Şeyx səfərinə qatıla bilər.