Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb

Baş səhifə
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb

Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb

“Report” un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində, Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.

Cəsədlərin bir qismi çürümüş vəziyyətdədir, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanıb. Həmçinin çimərlik boyu pis qoxu yayılıb.

Yerli sakinlərin sözlərinə görə, suitilərin cəsədləri bir neçə gündür sahildə qalıb, rəsmi qurumlar tərəfindən isə heç bir tədbir görülməyib.

Mövcud vəziyyət ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən “Report” un yerli bürosuna bildirilib ki, suitilərin tələf olaraq Xəzər sahilinə çıxması ilə bağlı dərhal əraziyə baxış keçirilib. Ölən suitilərdən analiz nümunələri göturmək üçün Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Xaçmaz şöbəsinə və Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz Regional Bölməsinə məlumat ediləcək.

Xatırladaq ki, 2022-ci ildə bu məməlilərin kütləvi ölümü Dağıstanda Xəzər sahillərində qeydə alınıb.