Media nümayəndələri qrip əleyhinə vaksinasiyada iştirak edib.
“Report” xəbər ki, vaksinasiya prosesi oktyabrın 13-də 1 nömrəli şəhər poliklinikasında keçirilən “Açıq Qapı” Günündə baş tutub.
Qeyd edək ki, oktyabrın 8-dən paytaxt Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb.
Xatırladaq ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

