“Greentek Group”un fəaliyyəti məhdudlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Greentek Group”
MMC-nin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




Məlumata görə, tənzimləyici qurum tərəfindən MMC-də həyata
keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş
hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı,
internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin
qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar
edilib.

Buna görə də “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının
Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri
haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri
rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş
xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri
qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq
dayandırılması barədə göstəriş verilib.