“Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 15-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun iclası
keçiriləcək.

Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.




Məlumata görə, iclasda “Dünya Bankı Qrupunun “Business Ready”
hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə
təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair
2025-ci il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə
məlumat təqdim olunacaq, qarşıda duran vəzifələr müzakirə
ediləcək.

Qeyd edilib ki, vətəndaşlar, o cümlədən özəl sektor
nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az
internet portalının “onlayn müraciət
(https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər”
onlayn xidməti vasitəsilə İşçi qrupun işində iştirak etməklə
aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə
bilərlər.