
Bakı. Trend:
Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş
keçirilir.
Trend-in
məlumatına görə, Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini
Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma
naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç
ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak
edirlər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük
məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Xəbər yenilənəcək

