Əfqanıstan Pakistanla sülhün tərəfdarıdır – XİN rəhbəri

Baş səhifə

Bakı. Trend:

Kabil İslamabadla sülh münasibətlərinin tərəfdarıdır, lakin
lazım gələrsə, öz təhlükəsizliyini müdafiə etməyə hazırdır.

Trend-in
məlumatına görə, bu barədə Nyu Dehlidə səfərdə olan Əfqanıstanın
xarici işlər naziri Əmir Xan Müttəqi bildirib.




“Biz [Pakistanla] sıfır gərginlik və sülh münasibətləri
istəyirik. Amma münasibətlər səhv idarə olunarsa, təhlükəsizliyi
necə təmin edəcəyimizi də bilirik”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə “öz
nəzarət məntəqələrinə nəzarət etməlidir”.