Taksimin məşhur tramvayında yanğın baş verib – VİDEO

Baş səhifə

İstanbulun Taksim meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda qısaqapanma səbəbilə yanğın baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, tramvayın maşinisti dərhal müdaxilə edərək alovu söndürüb. Hadisədən sonra tramvay depoya aparılıb.

Qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb.