Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

Baş səhifə

Meksikada güclü yağış, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 44-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Meksikanın mərkəzi və cənub bölgələrində güclü yağışlar, daşqın və torpaq sürüşmələrinə səbəb olub.