Ermənistanda ər və arvad qətlə yetirilib

Baş səhifə
Ermənistanda ər və arvad qətlə yetirilib

Ermənistanın Kotay vilayətinin Aramus kəndində tarlada öldürülmüş ər və arvadın meyitləri aşkarlanıb.

Bu barədə “Report” “Armlur.am”a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, cütlük səhər qonşu ilə mübahisə edib, bundan sonra onları tarlada ölü aşkarlayıblar.

Meyitlərin üzərində güllə və bıçaq yaraları aşkarlanıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxsi axtarır.

Xatırladaq ki, bu yaxınlarda Aramus kəndində tarlada başqa ər-arvadın da meyiti aşkarlanıb.