Türkiyə Müdafiə Nazirliyində rüşvət iddiası ilə bağlı 33 nəfər saxlanılıb, 9-u həbs edilib

Baş səhifə

Ankara Respublika Baş Prokurorluğunun Məmur Cinayətləri İstintaq Bürosu və Milli Müdafiə Nazirliyinin apardığı birgə araşdırmalar zamanı,nazirlikdən tələb olunan bəzi icazə sənədləri qarşılığında mənfəət əldə edildiyi müəyyənləşib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Baş Prokurorluğun başlatdığı istintaq çərçivəsində 33 nəfər “rüşvət alma, vermə və rüşvətə vasitəçilik” ittihamları ilə saxlanılıb.

Məhkəməyə çıxarılan 33 nəfərdən 9-u həbs edilib, digər 24 nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıb.