
Bakı. Trend:
Klubun sahibi Evangelos Marinakis baş məşqçi Angelos
Postekoglounun istefasını nəzərdən keçirir.
Trend xəbər verir
ki, Postekoğlu sentyabrın 9-dan Nunu Espiritu Santunu əvəz edərək
komandaya rəhbərlik edir. “Nottingem Forest” onun rəhbərliyi
altında keçirdiyi yeddi oyunda iki heç-heçə, beş məğlubiyyət qeydə
alıb.
Mənbələr bildirir ki, son iş yeri “Everton” olan Şon Dayş yeni
baş məşqçi üçün əsas namizəddir. Həmçinin “Fulhem”dən Marko Silva
və “Brondby”dən Stiv Kuper də iddialılar sırasındadır.
Qeyd olunur ki, Postekoğlunun taleyi oktyabrın 18-də Premyer
Liqada “Çelsi” ilə keçiriləcək oyunla müəyyənləşə bilər.


