
Bakı. Trend:
Vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın
mütəxəssisləri tərəfindən Tələt Şıxəliyev küçəsində təhlillər
aparılıb.
Trend
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər
verir ki, təhlillər nəticəsində ərazidə nəqliyatın qarşı-qarşıya
hərəkətində çətinlik yarandığı müəyyən edilib.
Beləliklə, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz
küçəsi istiqamətində hərəkət birtərəfli təşkil edilib.

