
Bakı. Trend:
Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması məqsədilə
Abşeron rayonu Masazır qəsəbəsinin elektrik şəbəkəsində təmir-bərpa
işləri həyata keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqəli olaraq 11 oktyabr
2025-ci il tarixində saat 10:00-dan 16:00-dək Masazır qəsəbəsində
yerləşən İlyas Bayramov, Mübariz İbrahimov, Salatın Əsgərova, Əli
Mustafayev, Hakim Abbasov, Murtuza Muxtarov, İstiqlal, Ağaxan
Abdullayev küçələri, eləcə də Zəngilan şəhərciyi, “Rahat Nəfəs”, “4
Qardaş” MTK, “PARK Salori”, “AAAGF” MTK, “Viktoriya” MTK və
“Məzunlar Evi” yaşayış sahələri üzrə elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha
dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,-
deyə əlavə edilib.

