Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb

Baş səhifə
Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb.

“Report” xəbər verir ki, Nizami rayonu ərazisində sentyabr ayının 21-i B.Nuriyev küçəsində Ordubad rayon sakini 1994-cü il təvəllüdlü Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi “Hyundai” markalı 77 MG 064 N-li avtomobillə yolu keçən Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Həsən oğlu Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilmiş F.Məmmədov oktyabrın 9-u orada ölüb.

Araşdırmalar aparılır.