
Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Pol Pirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs olunub.
“Report” ESPN-ə istinadən xəbər verir ki, Pirs San-Fernando vadisində magistral yolun ortasında dayanan avtomobilin sükanı arxasında yatarkən aşkar edilib.
Polislər keçmiş basketbolçuda spirtli içkinin təsiri altında olduğunu bildiriblər.
Qeyd edək ki, 47 yaşlı sabiq basketbolçu 15 il (1998-2013) heyətində oynadığı “Boston”la 2008-ci ildə NBA çempionu adını qazanıb. Amerikalı idmançı sonralar “Bruklin”, “Vaşinqton” və “Los Angeles Klippers”də də çıxış edib. 10 dəfə NBA Ulduzlar Matçında iştirak edən P.Pirs karyerasını 2017-ci ildə başa vurub.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


