İƏT rəsmisi: İtkin düşmüş şəxslər məsələsi siyasiləşdirilməməlidir

Baş səhifə
İƏT rəsmisi: İtkin düşmüş şəxslər məsələsi siyasiləşdirilməməlidir

İtkin düşmüş şəxslər məsələsi siyasiləşdirilməməlidir.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini, səfir Dr. Mahi Həsən Əbdül-Lətif Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Ağdam, Füzuli, Şuşa, Xocavənddə aşkarlanan kütləvi məzarlıqlar bir çox insanın qaranlıq taleyini ortaya çıxarıb:

“Təbii ki, bu, onların tam yaşadıqları taleyi müəyyən etmir, ancaq ən azından ailələr həmin şəxslər barədə məlumat əldə edirlər. İtkin düşmüş insanların axtarılması və qalıqlarının ailələrinə qaytarılması beynəlxalq humanitar qanunlar çərçivəsində həyata keçirilməlidir. Ermənistan hokuməti Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çağırılıb. Bu, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə böyük töhfə verəcək”.

Mahi Həsən Əbdül-Lətif vurğulayıb ki, ən son DNT texnologiyalarından istifadə edərək bir məlumat bazası hazırlanmasına ehtiyac var:

“İtkin düşmüş şəxslərin ailələrinə sosial dəstək göstərilməlidir. Azərbaycan hökuməti qlobal məlumatlanmaya səy göstərərək yerli qurumlarda bu istiqamətdə fəaliyyəti artırmalıdır”.