Xankəndidə əməliyyat keçirildi –

Baş səhifə

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.

Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.

O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.

Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.