
Bakı. Trend:
“Baku Fintech Forumu 2025” tədbiri start götürüb.
Trend xəbər
verir ki, tədbir “Azərbaycan Fintex Assosiasiyası” İctimai
Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının
Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı
ilə keçirilir.
Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların
və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən fintex
sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında
müzakirələr aparılacaq.
Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını
bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir
mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni
intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi
müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq, həmçinin
tərəfdaşlıq imzalanmaları baş tutacaq.
Xəbər yenilənəcək

