
Bakı. Trend:
ABŞ Senatında hökumətin fəaliyyətinin dayandırılmasına (şatdaun)
son qoymaq məqsədilə keçirilən səsvermələr uğursuzluqla
nəticələnib.
Trend xəbər verir
ki, həm Demokratlar, həm də Respublikaçılar partiyalarının təqdim
etdiyi maliyyələşmə layihələri lazımi səs sayını toplaya
bilməyib.
İlk olaraq Demokratlar Partiyasının hökumətin maliyyələşməsini
oktyabrın 31-dək təmin edən layihəsi səsə qoyulub – 47 senator
lehinə, 52-si isə əleyhinə səs verib. Ardınca Respublikaçılar
Partiyasının maliyyələşməni noyabrın 21-dək uzatmağı nəzərdə tutan
layihəsi üzrə səsvermə keçirilib, lakin 54 lehinə, 47 əleyhinə
səslə 60 səs baryerini aşa bilməyib.
Qeyd edək ki, ABŞ-da hökumətin maliyyələşməsinin dayandırılması
– şatdaun – oktyabrın 1-dən qüvvədədir.


