Le Pen Fransadakı siyasi vəziyyəti “tamaşa” adlandırıb

Baş səhifə
Le Pen Fransadakı siyasi vəziyyəti tamaşa adlandırıb

Sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkədəki siyasi vəziyyəti “tamaşa” adlandırıb.

“Report”un Fransa KİV-ə istinadən xəbər verir ki, o bunu Kurnon-d’Overn şəhərinə səfəri zamanı bildirib.

O, həmçinin parlamentin buraxılmasını və ya Fransa Prezidenti Emmanuel Makronun istefasını gözlədiyini bəyan edib.